Trampa çağırış edən iranlılar saxlanıldılar

Ötən gün SEPAH-ın ETTELAAT (Təhlükəsizlik və Kəşfiyyat) İdarəsinin qüvvələri bu ilin yanvar aylarındakı etiraz aksiyaları zamanı sosial şəbəkələrdə paylaşımlar edən daha iki nəfəri həbs edib.

Həmin şəxslər “X” platformasındakı paylaşımları vasitəsilə insanları zorakılığa və ABŞ prezidenti Donald Trampı İrana hücum etməyə çağırmaqda ittiham olunublar.

Həbs edilən hər iki şəxsdən məcburi etirafların da alındığı açıqlanıb.