Murmansk qubernatoru Moskvada saxlanıldı

Rusiyanın Murmansk vilayətinin qubernatoru Andrey Çibis dələduzluq və mənimsəmə işi üzrə Moskvada saxlanılıb.

Bu barədə Rusiya Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi İrina Volk məlumat verib.

Onun sözlərinə görə, Rusiya DİN-in İstintaq Departamenti bir qrup şəxsin bir sıra cinayətlər törətməsi ilə bağlı cinayət işi üzrə ilkin istintaqı davam etdirir. Noyabrın 23-də Rusiya DİN əməkdaşları Cinayət-Prosessual Məcəllənin 91-ci maddəsinə uyğun olaraq, qeyd olunan cinayətləri törətməkdə şübhəli bilinən Murmansk vilayətinin qubernatoru Andrey Çibisi saxlayıblar.

Qubernatorun saxlanılması 39 milyon rublun mənimsənilməsi və avtomobil yolunun yenidən qurulmasına ayrılmış 1 milyard rubldan artıq vəsaitin israf edilməsi ilə bağlı cinayət işi çərçivəsində həyata keçirilib.

Volkun sözlərinə görə, cinayət işinin istintaqının gedişi Rusiya DİN-in İstintaq Departamentinin rəhbərliyinin nəzarətindədir.