“Barselona” Bakı səfəri ilə rekorda imza atdı

İspaniyanın “Barselona” klubu Bakıya səfəri ilə tarixə düşüb.

Kataloniya təmsilçisinin Bakı səfəri klub tarixində Avropa turnirləri çərçivəsində həyata keçirdiyi ən uzun səfər olub.

“Barselona” ilə Bakı arasındakı məsafə 3970 kilometr təşkil edir.

Bu, klubun Avropa turnirlərində indiyədək qət etdiyi ən uzun səfər məsafəsidir.

Qeyd edək ki, “Barselona” UEFA Çempionlar Liqasının Liqa mərhələsinin V turunda “Sabah”la qarşılaşacaq. Görüş noyabrın 25-də Bakı Olimpiya Stadionunda keçiriləcək.