Albaniya Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü daim dəstəkləyib.
Bunu Albaniyanın Azərbaycandakı səfiri Besart Kadia ölkəsinin Milli Günü münasibətilə keçirilən rəsmi qəbulda bildirib.
Diplomat qeyd edib ki, Azərbaycan və Albaniya arasında münasibətlər etimad və qarşılıqlı hörmət prinsipləri üzərində qurulub:
“Albaniya 1992-ci ilin yanvarında Azərbaycanın müstəqilliyini tanıyıb, 1993-cü ildə isə iki ölkə arasında diplomatik münasibətlər qurulub”.
Besart Kadia 2025-ci ilin avqustunda Vaşinqtonda Azərbaycan və Ermənistan arasında əldə olunmuş tarixi razılaşmanı, eləcə də Cənubi Qafqazda davamlı sülhə doğru atılan hər bir addımı ürəkdən alqışladıqlarını vurğulayıb.