AB Avropa təhlükəsizliyi ilə bağlı Rusiya ilə ikitərəfli məsləhətləşmələr aparmaq niyyətində deyil.
Bu barədə Avropa Birliyinin mətbuat sözçüsü Paula Pinyo məlumat verib.
O bəyan edib ki, Avropanın təhlükəsizlik arxitekturasının müzakirəsi yalnız Ukraynada atəşkəs əldə edildikdən sonra və NATO-Avropa Birliyi ölkələrinin iştirakı ilə mümkündür.
Qeyd edək ki, noyabrın 19-da Rusiya Prezidenti Vladimir Putin Moskvanın diplomatik kanallar vasitəsilə Avropa ölkələrinə Rusiyaya səfər etməyi və regional təhlükəsizlik məsələləri üzrə öz mövqelərini bildirməyi təklif edib.