Paşinyanın yeni Konstitusiyası: Sülhə doğru addım, yoxsa siyasi OYUN? - İL…

Ermənistanın Baş naziri Nikol Paşinyan Ermənistan Respublikasının yeni Konstitusiya layihəsini internet saytında dərc edib.

Paşinyan bildirib ki, sayt hər bir vətəndaşın yeni Konstitusiya layihəsi ilə tanış olması və öz təkliflərini təqdim etməsi üçün mümkün qədər rahat şəkildə hazırlanıb.

Qeyd edək ki, yeni layihədə Qarabağa aid iddia yoxdur. Azərbaycan dövləti Ermənistan Konstitusiyasından ölkəmizə qarşı ərazi iddialarını çıxartmayınca, sülh sazişinin imzalanmasını mümkünsüz sayır.

Bəs bu addım sülh prosesində real irəliləyişin başlanğıcı sayıla bilərmi? Yaxın günlərdə bu istiqamətdə hansı nəticələri gözləmək olar? Rusiya prosesə mane olmağa və ya onu uzatmağa çalışacaqmı?

Məsələ ilə bağlı TV Musavat-ın əməkdaşları Bakı sakinlərinə müraciət edib, onların rəyini öyrənib.

Həmin videosorğunu təqdim edirik: