Avropa İttifaqı Rusiyaya qarşı yönəlmiş 22-ci sanksiyalar paketini təqdim edib.
Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen Rusiyaya qarşı bankları, kriptoplatformaları və Moskvanın Avropanın idman və mədəniyyət tədbirlərində iştirakını hədəf alan 22-ci sanksiyalar paketini açıqlayıb.
“Rusiya Ukraynada davamlı sülh üçün səmimi niyyətini göstərənə qədər Aİ yeni sanksiyalar təklif etməyə davam edəcək”, – Ursula fon der Lyayen vurğulayıb.