"Sabah"ın futbolçusu Eyden Makkartinin UEFA Çempionlar Liqasındakı cəzası müəyyənləşib.
UEFA "Vikinq"lə oyunda birbaşa qırmızı vərəqə alan cənubi afrikalı müdafiəçini iki oyunluq cəzalandırıb.
Bu səbəbdən 23 yaşlı futbolçu noyabrın 25-də "Barselona", dekabrın 8-də "Vilyarreal"la qarşılaşmalarda komandasına kömək edə bilməyəcək.
Makkarti "Vikinq"lə matçın 77-ci dəqiqəsində rəqib futbolçu Peter Kristiansenə qarşı kobud qayda pozuntusuna görə meydandan qovulub.