Sabah bəzi insanlarda narahatlıq yarana bilər

Sabah müşahidə olunacaq tibbi-meteoroloji proqnoz açıqlanıb.

Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Məlumata əsasən Abşeron yarımadasında gilavar küləyinin arabir güclənəcəyi gözlənilir ki, bu da bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.