Afət Həsənova seçiciləri narahat edən problemləri dinlədi - FOTO

32 saylı Suraxanı üçüncü seçki dairəsindən deputat Afət Həsənova seçiciləri ilə növbəti görüşünü keçirib.

Bu barədə deputat özü məlumat verib.

O bildirib ki, noyabrın 23-də deputat ofisində keçirilən görüşdə seçiciləri narahat edən problemlər dinlənilib və onlara müvafiq hüquqi izahlar verilib.

Afət Həsənova, həmçinin müəyyən məsələlərin operativ həlli məqsədilə aidiyyəti qurumlara müraciətlər etdiyini və məsələlərin icrasını nəzarətə götürdüyünü qeyd edib.

T.İSMAYIL