Şeyx Patriarx Kirillin yubileyi üçün Moskvaya GETDİ

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Moskva və Bütün Rusiyanın Patriarxı Kirillin 80 illik yubiley tədbirlərində iştirak etmək üçün noyabrın 22-də Moskvaya gedib.

Bu barədə Moskva Patriarxatının Xarici Kilsə Əlaqələri Şöbəsi məlumat yayıb.

Nümayəndə heyətinə QMİ sədrinin birinci müavini Salman Musayev, sədr müavini Rəşad Əliyar, sədrin köməkçisi Rüfət Həsənov və şöbə müdirinin müavini Zülfüqar Fərzəliyev də daxildir.