Avropa Komissiyası Rusiyaya qarşı 22-ci sanksiyalar paketini təklif edib.
Bu barədə Komissiyanın sədri Ursula fon der Lyayen videomüraciətində bildirib.
Yeni paket maliyyə institutlarını, kriptovalyuta platformalarını və elektrik enerjisi şirkətlərini əhatə edir. Eyni zamanda, Avropa vətəndaşlarına Rusiyadakı şirkətlərdə vəzifə tutmaq qadağan ediləcək.
Bundan başqa, Komissiya kriptoaktiv platformalarına qarşı sanksiyaların hazırlanması üçün xüsusi işçi qrupunun yaradılmasını nəzərdə tutur.
Təklifdə rusiyalı keçmiş hərbçilərə viza qadağasının tətbiqi mexanizmi də yer alıb. Bu məsələ əvvəlki sanksiyalar paketində prinsip etibarilə razılaşdırılsa da, onun həyata keçirilməsi texniki imkanların qiymətləndirilməsindən asılı idi.