İstanbula soyuq hava gəlir: Temperatur 8 dərəcə aşağı düşür

İstanbul Valiliyi sabahdan etibarən şəhərdə hava temperaturunun əhəmiyyətli dərəcədə aşağı düşəcəyini açıqlayıb. Son meteoroloji qiymətləndirmələrə görə, mövsümi normadan yüksək olan hava temperaturunun sabahdan etibarən əhəmiyyətli dərəcədə azalacağı gözlənilir.Məlumatda hava temperaturunun mövsümi normadan 6-8 dərəcə aşağı olacağı, çərşənbə səhəri şəhərin yüksək ərazilərində isə yüngül buzlanma və şaxta olacağı gözlənilir.Nigar