Avropa Komissiyasına edilən kiberhücumdan sonra Aİ Akademiyasının təhsil platforması fəaliyyətini dayandırıb.
Bu barədə “Reuters” məlumat yayıb.
Avropa Komissiyasının sözçüsü Tomas Renye bildirib ki, platforma noyabrın 23-də sıradan çıxıb. Ötən həftə baş verən kiberhücum nəticəsində istifadəçilərin şəxsi məlumatları ələ keçirilib.
Hazırda hücumu həyata keçirən şəxslərin müəyyən edilməsi üçün araşdırma aparılır.
Qeyd edək ki, noyabrın 19-da Avropa Komissiyasına edilən kiberhücum əməkdaşların əməkhaqqı və məzuniyyət məlumatlarına çıxışında da problemlər yaradıb.