Braziliyalı futbolçu Qustavo Skarpanın bir kitab tövsiyəsi dünya ədəbiyyatının klassik nümunələrindən birinə yenidən böyük maraq yaradıb.
“Atletiko Mineyro” klubunun yarımmüdafiəçisi Lev Tolstoyun "İvan İliçin ölümü" povestini izləyicilərinə tövsiyə etdikdən sonra əsər Braziliyada satış rekordlarına imza atıb.
1886-cı ildə nəşr edilən povest insanın ölüm qarşısında həyatını yenidən dəyərləndirməsindən, var-dövlət və nüfuzun mənasızlığından, gecikmiş mənəvi oyanışdan bəhs edir. Skarpanın paylaşımından sonra kitab “Amazon”un Braziliya platformasında bestseller siyahısının zirvəsinə yüksəlib. Əsərə Argentinada da marağın artdığı bildirilir.
Hadisənin maraqlı tərəfi futbolçunun kitab tövsiyəsinin sadəcə satışlara təsir etməməsidir. Skarpa azarkeşləri arasında kitab müzakirələrini təşviq edən “Galeitura” adlı oxu təşəbbüsü də formalaşıb. Sosial şəbəkələrdə 130 mindən çox izləyicisi olan bu icma kitab bağışlama aksiyaları və məktəblərdə oxu fəaliyyətləri ilə də məşğul olur. Beləcə, futbol meydançasında tanınan bir oyunçunun tövsiyəsi klassik ədəbiyyata yeni oxucu kütləsi qazandırıb.