SOCAR Azərbaycanda enerji saxlama texnologiyalarının tətbiqi və elektrik sisteminin dayanıqlılığının artırılması imkanlarını araşdırır. Bunu şirkətin vitse-prezidenti Əfqan İsayev Bakıda keçirilən Azərbaycan-İtaliya biznes forumunda bildirib.
Onun sözlərinə görə, bərpaolunan enerji mənbələrinin şəbəkəyə inteqrasiyası üçün natrium-ion və vanadium əsaslı akkumulyator batareyalarının tətbiqi nəzərdən keçirilir. Bu texnologiyalar enerji saxlama imkanlarını genişləndirməklə yanaşı, elektrik şəbəkəsinin dayanıqlılığını artıra bilər.
İsayev qeyd edib ki, SOCAR Energetika Nazirliyi, Enerji Məsələlərini Tənzimləmə Agentliyi və “Azərenerji” ilə birlikdə bu texnologiyaların milli enerji sisteminə inteqrasiyası imkanlarını araşdırır.