Azərbaycan və İtaliya arasında indiyədək 65 sənəd imzalanıb.
Bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov İtaliyanın Baş nazirinin müavini, xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tayani ilə Bakıda keçirilən birgə mətbuat konfransında bildirib.
Nazir qeyd edib ki, yaxın zamanda daha 20 sənədlə bağlı qərarların qəbul edilməsinin şahidi olacağıq.