Azərbaycan və İtaliya XİN rəhbərləri arasında təkbətək görüş başladı - YENİLƏNİB - FOTO

Bu gün Bakıda Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və italiyalı həmkarı Antonio Tayani arasında təkbətək görüş başlayıb.

Bu barədə Xarici İşlər Nazirliyinin (XİN) sosial media hesabında paylaşım edilib.

***

Bu gün Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Bakıda səfərdə olan italiyalı həmkarı Antonio Tayanini qarşılayıb.

Bu barədə Xarici İşlər Nazirliyinin (XİN) sosial media hesabında paylaşım edilib.