Yasamal Rayon İcra Hakimiyyətinin inzibati ərazi dairələrində kadr dəyişiklikləri olub.
Ölkə.az-ın əldə etdiyi xəbərə görə, bununla bağlı icra başçısı Elşad Həsənov müvafiq əmrlər imzalayıb.
Əmrlə,1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə icra başçısının nümayəndəsi Vasif Əkbərov vəzifəsindən azad olunub. Həmin ərazi dairəsi üzrə nümayəndənin müavini Rüstəm Mehdizanin vəzifəsi endirilərək baş məsləhətçi təyin olunub. Baş məsləhətçi vəzifəsində olan Nərgiz Allahverdiyeva isə işdən çıxarılıb. Aparıcı mütəxəssis vəzifəsinə İradə Əlayi gətirilib.
İH Başçısının 4 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin müavini Hüseyn Abdullayevin vəzifəsi endirilib və o, 2 saylı Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəlikdə baş məsləhətçi təyin olunub. 2 nömrəli dairənin məsləhətçisi Sakit Həsənov vəzifəsindən azad olunub. Aparıcı mütəxəssis vəzifəsinə isə Həcər Əsgərli gətirilib.
İH Başçısının 3 saylı Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin müavini Əhməd İbadovun da vəzifəsi endirilib və o, eyni ərazi dairəsində baş məsləhətçi təyin olunub. Baş məsləhətçi Esmira İbrahimova vəzifəsindən azad olunub, Pərvanə Məmmədova aparıcı mütəxəssis təyin olunub.
İH Başçısının 4 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin baş məsləhətçisi Günel Nəbiyeva vəzifəsindən azad edilib və Nigar Rüstəmzadə aparıcı mütəxəssis təyin olunub.
Qeyd edək ki, bir müddət əvvəl Yasamal Rayon İcra Hakimiyyətininin aparatında ciddi struktur dəyişiklikləri, yeni təyinatlar və vəzifədən azad olmalar həyata keçirilib.