“Holberton School Azerbaijan”da İKT üzrə 100 faizlik təqaüd proqramına tələbə qəbulu başlayır

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin dəstəyi və “PAŞA Holding” Şirkətlər Qrupunun sponsorluğu ilə “Holberton School Azerbaijan”da İKT üzrə 100 faizlik təqaüd proqramına tələbə qəbulu başlayır.

Proqram çərçivəsində minimum 300 nəfərin “GenAI”, “Full-Stack Development”, “Cybersecurity” və “Machine Learning” istiqamətləri üzrə təlimlərə cəlb olunması nəzərdə tutulur. 18 yaşdan yuxarı şəxslərin müraciət edə biləcəyi proqram beynəlxalq “Holberton School” təhsil modelinə əsaslanır.

Proqramın şərtləri, tədris istiqamətləri və qeydiyyat qaydası barədə ətraflı məlumat press-relizdə təqdim olunub.

Son qeydiyyat tarixi: 14 dekabr

Qeydiyyat linki: https://holbertonschool.az/apply