Azərbaycan və İtaliya arasında enerji sahəsində əməkdaşlıq şübhəsiz ki, əsas istiqamət olaraq qalır.
Bunu iqtisadiyyat nazirinin müavini Anar Axundov Bakıda keçirilən Azərbaycan-İtaliya biznes forumunda bildirib.
"Xəzər dənizindən İtaliyaya uzanan Cənub Qaz Dəhlizi ölkələrimizin uzunmüddətli əməkdaşlığının mühüm göstəricisidir. Azərbaycan qazı bu gün İtaliyada sənaye müəssisələrini enerji ilə təmin edir. Azərbaycan etibarlı təchizatçı kimi bundan sonra da İtaliyanın və bütövlükdə Avropanın enerji təhlükəsizliyinə töhfə verəcək. Eyni zamanda, Mərkəzi Asiyanın enerji resurslarının Xəzər üzərindən Avropaya çatdırılması üçün regiondakı tərəfdaşlarımızla çalışırıq. Söhbət həm neft, həm təbii qaz, həm də elektrik enerjisindən gedir", - deyə o qeyd edib.