“İndustrial Business” MMC nizamnamə kapitalını yarıya endirib

“İndustrial Business” MMC nizamnamə kapitalını 2 040 manatdan 1 020 manata endirib. Beləliklə, şirkətin nizamnamə kapitalı 50% azalıb.

Qərar 2026-cı il noyabrın 20-də şirkətin təsisçilərinin ümumi yığıncağında qəbul edilib.

Bildirilib ki, kreditorlar tələblərini elanın dərc olunduğu gündən bir ay ərzində Bakı şəhəri, Nəsimi rayonu, Nəcəfbəy Vəzirov küçəsi, ev 41A/57, mənzil 11 ünvanına yazılı şəkildə təqdim edə bilərlər.

Xatırladaq ki, şirkət 2018-ci ildən ölkə ərazisində elektrik malları və sənaye avadanlıqlarının təchizatı ilə məşğuldur. Şirkətin direktoru Oqtay Əsgərovdur.