Açıq sərhədlər ölkələri məhv edir!

ABŞ Prezidenti Donald Tramp hesab edir ki, həddindən artıq yumşaq miqrasiya siyasəti ölkənin mövcudluğunu təhlükə altına qoya bilər.

Tramp bu barədə “Truth Social” sosial şəbəkəsindəki hesabında paylaşım edib.

“Açıq sərhədlər ölkələri məhv edir!”, – deyə ABŞ lideri yazıb.

O, özünün hakimiyyətə gəlişinədək ABŞ-ın də belə ölkələrdən birinə çevrilməyə çox yaxın olduğunu bildirib.

Tramp daha əvvəl də ABŞ-ın Avropa müttəfiqləri də daxil olmaqla, bir sıra ölkələri miqrasiya siyasətinin həddindən artıq yumşaq olmasına görə tənqid edib.