Şəmkirdə 66 yaşlı qadının meyiti tapıldı

Şəmkirdə 66 yaşlı qadının meyiti yaşadığı evdə aşkarlanıb.

Rayon sakini S.Qurbanovanın (1960-cı il təvəllüdlü) meyiti yaşadığı evdə tapılıb.

Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunublar.

Qadının ölüm səbəbi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.