Tramp açıq sərhədlərlə bağlı xəbərdarlıq etdi

Həddindən artıq yumşaq miqrasiya siyasəti dövlətin mövcudluğu üçün təhlükə yarada bilər.

Bu barədə ABŞ prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkəsində yazıb.

“Açıq sərhədlər ölkələri məhv edir! Mən hakimiyyətə gələnə qədər ABŞ belə ölkələrdən birinə çevrilməyin astanasında idi!” – deyə D. Tramp bildirib.

Qeyd edək ki, Tramp daha əvvəl dəfələrlə digər dövlətləri, o cümlədən ABŞ-nin Avropadakı müttəfiqlərini həddindən artıq yumşaq miqrasiya siyasətinə görə tənqid edib.