Trampdan miqrasiya ilə bağlı sərt açıqlama: "Açıq sərhədlər ölkələri məhv edir"

ABŞ Prezidenti Donald Tramp miqrasiya qaydalarının yumşaldılmasının ölkələrin təhlükəsizliyi və gələcəyi üçün ciddi risklər yaratdığını bəyan edib.

Bu barədə "Truth Social" platformasındakı paylaşımında fikirlərini bölüşüb.

Tramp bildirib ki, sərhədlərə nəzarətin zəif olması dövlətlər üçün ağır nəticələrə gətirib çıxara bilər.

"Açıq sərhədlər ölkələri məhv edir! Mən hakimiyyətə gələnə qədər ABŞ da belə ölkələrdən birinə çevrilməyə çox yaxın idi", – deyə o vurğulayıb.

Qeyd edək ki, ABŞ Prezidenti daha əvvəl də miqrasiya qanunlarının sərtləşdirilməsini dəstəklədiyini açıqlayıb. O, ölkədə qanunsuz yaşayan əcnəbilərin kütləvi şəkildə deportasiya olunmasını əsas prioritetlərindən biri kimi təqdim edib.