17 yaşlı 3 gənc, 1 həkim, 1 tələbə öldü - Nə baş verir?

Noyabr ayı ərzində bir neçə gəncin qəfil ölümü haqda xəbərlər yayılıb.

Həvva Yambulatova (17 yaş). Noyabrın 2-də yeniyetmə və gənclər arasında boulderinq üzrə Azərbaycan çempionu olan gənc atlet yaşadığı evdə qəfil dünyasını dəyişib

Zeynəb Xudiyeva (17 yaş). Noyabrın 9-da qohumlarının himayəsində yaşayan gənc qızın qəfil ürək çatışmazlığından vəfat etdiyi bildirilib.

Vüqar İbrahimov (gənc həkim). Noyabrın 15-də "Caspian International Hospital"ın təcili tibbi yardım həkiminin qəfil infarkt nəticəsində dünyasını dəyişdiyi açıqlanıb.

Elvira Eyyubova (17 yaş). Noyabrın 14-də Bakının Nəsimi rayonunda yerləşən Azərbaycan Tibb Universitetinin yataqxanasında gənc tələbə qızın qəfil ölümü qeydə alınıb.

Nigar Hafizqızı (28 yaş): İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin hüquqşünası, 21 noyabrda vəfat edib.

Bu gün də Əziz Ağayev (21 yaş): Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) İqtisadiyyat və idarəetmə fakültəsinin IV kurs tələbəsi dünyasını dəyişib.

Nə baş verir?