6 ayda sərvətinin yarısını itirdi

“Oracle” şirkətinin həmtəsisçisi Larri Ellison son üç ayda sərvətinin 40 milyard dollarını itirib.

Sfera.az bildirir ki, “Forbes” nəşrinin məlumatına görə, hazırda iş adamının sərvəti 140,8 milyard dollar təşkil edir. Son dövrdə onun var-dövləti 7,9 milyard dollar azalıb.

Qeyd edək ki, iyun ayında Larri Ellison “Forbes”in milyarderlər reytinqində ikinci pillədə qərarlaşmışdı. Həmin vaxt onun sərvəti 296,6 milyard dollar qiymətləndirilirdi. Son altı ayda biznesmenin sərvəti yarıdan çox azalıb, reytinqdəki mövqeyi isə üç pillə geriləyib.

Noyabrın 20-də “Oracle”ın səhmləri 7,5 faiz ucuzlaşıb. Bu, 2024-cü ilin yanvarından bəri qeydə alınan ən aşağı göstəricidir.

Xatırladaq ki, daha əvvəl “Nvidia” şirkətinin rəhbəri Censen Huang ətrafında yaranan qalmaqaldan sonra üç iş adamının milyarder statusunu itirdiyi bildirilmişdi.