“Qarabağ” “Kəpəz”lə heç-heçə etdi…

Azərbaycan Premyer Liqasının XII turuna yekun vurulub.

Turun son günündə “Kəpəz” və “Qarabağ” komandaları qarşılaşıb.

Gəncə şəhər stadionunda baş tutan görüş qolsuz bərabərliklə yekunlaşıb.

Nəticədə Qurban Qurbanovun komandası 20 xalla turnir cədvəlinin 4-cü, Azər Məmmədovun kollektivi isə 18 xalla 6-cı pilləsində qərarlaşıb.

Qeyd edək ki, günün ilk matçında “Neftçi” səfərdə “Araz-Naxçıvan”ı 3:1 hesabı ilə məğlub edib.

Turun daha əvvəl keçirilən “İmişli” – “Zirə” matçında (2:2) qalib müəyyənləşməyib. “Sumqayıt” evdə “Sabah”a (1:5), “Şamaxı” “Turan Tovuz”a (0:2), “Şəfa” isə “Qəbələ”yə (0:2) uduzub.