Dünya şöhrətli müğənni Mayli Sayrus beş illik sevgilisi, “Liily” rok qrupunun təbilçisi Maks Morando ilə ailə qurub.
33 yaşlı müğənninin toyu noyabrın 21-də ABŞ-nin Kaliforniya ştatının Palm-Sprinqs şəhərində, yaxınlarının iştirakı ilə baş tutub.
Cütlük hovuz kənarında, ağ güllərlə bəzədilmiş tağın altında nikah andı içib. Mərasimdə Maylinin anası Tiş və bacısı Noa da iştirak ediblər.
Qeyd edək ki, Sayrus və Morando 2021-ci ildən münasibətdədirlər. M
üğənni daha əvvəl aktyor Liam Hemsvortla evli olub. Onların boşanması 2020-ci ildə rəsmiləşib.