Premyer Liqa: “Kəpəz” evdə “Qarabağ”la heç-heçə etdi

Futbol üzrə Azərbaycan Premyer Liqasında XII tura yekun vurulub.

Günün son matçında “Kəpəz” “Qarabağ”ı qəbul edib.

Gəncə Stadionunda keçirilən görüş qolsuz heç-heçə ilə başa çatıb – 0:0.

Ağdam klubu 20 xalla dördüncü, ev sahibləri isə 18 xalla altıncı yerdədir.

Günün ilk matçında “Neftçi” Şamaxı şəhər stadionunda “Araz-Naxçıvan”ın qonağı olub. Görüş Bakı təmsilçisinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Qustavo Klisman dubl edib. Digər qolu isə Draqolyub Saviç vurub. Qonaqların heyətində Rüfət Abbasov avtoqol müəllifi olub.

Paytaxt klubu 27 xalla birinci yerdədir. Naxçıvan təmsilçisi 4 xalla sonuncu – 12-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, turun əvvəlki oyunlarında “Sabah” “Sumqayıt”a 5:1, “Turan Tovuz” “Şamaxı”ya, “Qəbələ” “Şəfa”ya 2:0 hesabı ilə qalib gəlib, “Zirə” isə “İmişli” ilə heç-heçə edib – 2:2.