Azərbaycanlı müğənni və prodüser Bəxtiyar Əliyev (Bahh Tee) Rusiyada yenidən yayımlanacaq “Ulduzlar fabriki” layihəsinin kastinq mərhələsində münsiflər heyətinin üzvü olub.
Sənətçi 2026-cı ilin oktyabrında sosial şəbəkə hesablarında yeni mövsümün iştirakçılarının seçimində münsif kimi iştirak edəcəyini açıqlayıb.
38 yaşlı müğənni layihəyə bu dəfə iştirakçı kimi deyil, münsiflər masası arxasında əyləşərək qoşulduğunu bildirib.
Bəxtiyar Əliyevin sözlərinə görə, gənclik illərində “Ulduzlar fabriki”nin dördüncü mövsümünü izləməsi onu ilk mahnısını yazmağa və musiqi karyerasına başlamağa həvəsləndirib.
Qeyd edək ki, Bahh Tee solo ifaçılıq fəaliyyəti ilə yanaşı, Lotus Music və Zhara Music kimi musiqi leybllərinin yaradılması və prodüser fəaliyyəti ilə də tanınır.