1700 yaşı olan bu ağac hələ də bar verir - Foto

Roma imperatoru I Konstantinin hakimiyyəti zamanı 314-cü ildə İspaniyada əkilmiş zeytun ağacı 1700 ildən çoxdur hələ də bar verir.

Bu barədə “La Nacion” məlumat yayıb.

“Uzun ömrü ərzində bu ağac Qərbi Roma imperiyasının süqutuna, orta əsrlərə və müasir şəhərlərin inkişafına şahidlik edib. Bu müddət ərzində onun kökləri eyni yerdə qalsa da, zeytun ağacı özü nəsilbənəsil Aralıq dənizi iqliminin şəraitinə uyğunlaşıb”, - məlumatda qeyd olunub.

Nəşr bildirib ki, ağac hazırda Porta-i-Ferri ailəsinin mülkü hesab olunan Arion Minillik Zeytun Ağacları Muzeyinin bir hissəsidir.

Ağacın gövdəsinin diametri 8.03 metr, hündürlüyü isə 18 metrdir.