Səddam Hüseynin təyyarələri satışa çıxarıldı - Qiymətləri müəyyənləşdi

İraqın keçmiş diktatoru Səddam Hüseynin aviaparkına daxil olmuş iki “Boeing 747” təyyarəsi satışa çıxarılıb. Artıq 30 ildən çoxdur Tunisdəki hava limanında saxlanılan laynerlərin hər biri təxminən 900 min dollar dəyərində qiymətləndirilib.Qaynarinfo xəbər verir ki, bu barədə Almaniyanın “Stern” nəşri məlumat yayıb.İraqın milli aviadaşıyıcısı “Iraqi Airways” tərəfindən satışa çıxarılan təyyarələr 1982-ci ildə istehsal olunub. Onlar 1990-cı ilin avqustunda İraqın Küveytə müdaxiləsindən sonra Tunisin hava limanına aparılıb.Həmin vaxt İraq hakimiyyəti təyyarələri mümkün hərbi zərbələrdən qorumaq məqsədilə ölkədən çıxarmaq qərarına gəlib. Lakin Körfəz müharibəsi başa çatdıqdan sonra beynəlxalq sanksiyalar və həllini tapmayan maliyyə məsələləri səbəbindən laynerləri İraqa qaytarmaq mümkün olmayıb.Təyyarələrdən biri nadir modeldirSatışa çıxarılan laynerlərdən biri aviasiya həvəskarlarının xüsusi marağına səbəb ola bilər. Söhbət “Boeing 747SP” modelindən gedir. Bu təyyarə məşhur genişgövdəli “Boeing 747”nin qısaldılmış versiyasıdır və uzun məsafəli uçuşlar üçün hazırlanıb.Ümumilikdə bu modeldən cəmi 45 ədəd istehsal edildiyi üçün o, nadir təyyarələr sırasına daxildir.Satışın şərtləri açıqlanıb“Iraqi Airways” təyyarələri həm ayrı-ayrılıqda, həm də birlikdə almaq üçün müraciətləri qəbul edir. Hər bir laynerin ilkin qiyməti 900 min dollar müəyyənləşdirilib. Xidmət haqqı nəzərə alınmaqla iki təyyarənin ümumi dəyəri 1,84 milyon dollara çatır.Alıcı təyyarələrin Tunisdən daşınması, gömrük rəsmiləşdirilməsi və digər əlavə xərcləri də özü ödəməlidir. Üstəlik, laynerlər hazırda olduqları yerdə və mövcud texniki vəziyyətdə təhvil veriləcək. Satıcı onların işlək vəziyyətdə olmasına zəmanət vermir və texniki xidmət öhdəliyi daşımır.Hərracın 21 dekabr 2026-cı ildən 5 yanvar 2027-ci ilədək keçirilməsi planlaşdırılır. Satış İraqın Tunisdəki səfirliyinin nəzdində fəaliyyət göstərən xüsusi komissiya tərəfindən təşkil olunacaq.İştirak etmək istəyənlər müraciətlərini şəxsən, elektron formada və ya “WhatsApp” vasitəsilə təqdim edə bilərlər. Bununla yanaşı, hər təyyarənin qiymətləndirilmiş dəyərinin 20 faizi həcmində təminat depoziti ödənilməlidir. Bu məbləğ hər layner üçün təxminən 180 min dollar təşkil edir.