Ukrayna ordusu Rusiyaya girdi, bu ərazini ələ keçirdi

Ukrayna ordusu yenidən Kursk vilayəti istiqamətində Rusiya sərhədini yarıb.

Bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutu rusiyalı hərbi müxbirlərə istinadla məlumat yayıb.

Məlumata görə, əməliyyat nəticəsində Ukrayna ordusu Qluşovka rayonunun Novıy Put kəndini ələ keçiriblər.

Məsələ ilə bağlı Rusiya və Ukrayna tərəfindən heç bir rəsmi açıqlama verilməyib.