Qalibaf: ABŞ İrana qarşı hərbi məqsədlərinə çata bilməyəcəyini anlayıb

ABŞ 40 günlük müharibəyə bənzər münaqişə ilə İrana qarşı məqsədinə çatmayacağını anlayıb.

ISNA-ya istinadən, bu barədə İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf bildirib.

"Bu şəraitdə düşmənin əsas prioriteti hərbi müharibə əvəzinə iqtisadi təzyiqlər və ölkə daxilində parçalanma yaratmağa yönəlmiş digər addımların planlaşdırılmasıdır", - o bildirib.

Qalibaf vurğulayıb ki, əldə olunan bu nəticə İran silahlı qüvvələrinin sayəsində mümkün olub.