Vyetnamda maraqlı hadisə baş verib.
Baza-ya istinadən, ölkənin mühüm turistik bölgələrindən birində ahıl yaşda olan və müəmmalı fikirlər səsləndirən rus qadın tapılıb. Sərbəst gəzməsi real görünməyən rus qadın adını xatırladığını desə də, xarici ölkəyə necə gəlib çıxdığını bilmədiyini söyləyib.
"Qadın Vyetnam polisi tərəfindən qərbi Nyaçanqada tapılıb. O, adının Lidiya Vasilyevna Uporova olduğunu, lakin harada yaşadığını və ya ailəsinin harada olduğunu bilmədiyini deyib. Hüquq-mühafizə orqanları bu müəmmalı qadının Vyetnamda qohumlarının olub-olmadığını müəyyən etməyə çalışırlar. Polis hazırda qadını ərazidə gəzdirir. Məqsəd tanış küçələrin və ya binaların ona evə qayıtmaq yolunu xatırlatmasına kömək etməkdir. Yerli könüllülər isə qadının müvəqqəti olaraq sosial mərkəzdə yerləşdirilməsi üçün çalışırlar", - məlumatda qeyd edilib.
Qeyd edək ki, sözügedən şəhər ruslar arasında Vyetnamdakı ən məşhur kurortlardan biri kimi tanınır. Ehtimal edilir ki, qadın burada ailəsi ilə birlikdə tətil edir.