Hörmətli cənab Prezident,
Livan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik edirəm.
Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, məsul fəaliyyətinizdə uğurlar, Livan xalqına əmin-amanlıq və rifah arzulayıram.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 19 noyabr 2026-cı il