Litva səfiri: Bakının basketbol üzrə Avropa çempionatına ev sahibliyi böyük hadisədir

Litvanın Azərbaycandakı səfiri Kestutis Vaskelyaviçyus 2027-ci ildə basketbol üzrə U-20 Avropa çempionatının B divizionunun oyunlarına Bakının ev sahibliyi edəcəyi münasibətilə Azərbaycanı təbrik edib.

Diplomat bu barədə "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.

"Basketbolla nəfəs alan bir ölkənin – Litvanın nümayəndəsi kimi Bakının 2027-ci il iyulun 9-dan 18-dək keçiriləcək U-20 Avropa çempionatının B divizionuna ev sahibliyi edəcəyini görməkdən xüsusilə məmnunam. Bu, Azərbaycan basketbolu üçün böyük hadisə və gənc nəsil basketbolçuları ruhlandırmaq üçün gözəl fürsətdir. Təbriklər, Azərbaycan!" – deyə K.Vaşkeleviçus qeyd edib.