Hindistanın Manipur ştatında saxta spirtli içkidən zəhərlənmə nəticəsində azı 15 nəfər ölüb, 180-dən çox şəxs xəstəxanaya yerləşdirilib.
Bu barədə ştatın baş naziri Kxemçand Yumam məlumat verib.
Yerli medianın məlumatına görə, xəstəxanaya yerləşdirilənlərin əksəriyyətində metanol zəhərlənməsinə xas simptomlar müşahidə olunur.
Ştat hökuməti hadisənin baş verdiyi əraziyə mütəxəssis həkimin də daxil olduğu tibbi briqada göndərib. Həkimlər bölgəyə zəruri dərman preparatları da çatdırıblar.