İran ordusu ABŞ-ın F-16 qırıcı təyyarəsinə Fars körfəzi üzərində zərər verdiyini və nəticədə təyyarənin missiyasını dayandıraraq yaxınlıqdakı hava limanına təcili eniş etməli olduğunu bildirib .
Bu barəfə İran ordusunun mətbuat xidməti məlumat yayıb.
İran tərəfinin məlumatına görə, hava hücumundan müdafiə sistemləri qırıcı təyyarəni izləyərək ona raket atıb. Raket təyyarənin yaxınlığında partlayıb və ona zərər vurub.
Nəticədə pilot missiyanı dayandırmaq və yaxınlıqdakı hava limanına təcili eniş etmək məcburiyyətində qalıb.