ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İranın ABŞ-a məxsus F-16 qırıcı təyyarəsinin raket hücumu nəticəsində zədələndiyi və təcili eniş etmək məcburiyyətində qaldığı barədə iddiasını təkzib edib.
Haberler.com-a istinadən, CENTCOM-un “X” sosial şəbəkəsindəki açıqlamasında noyabrın 20-də ABŞ-a məxsus heç bir F-16 təyyarəsinə hücum edilmədiyi bildirilib.
Qeyd olunub ki, Yaxın Şərqdəki bütün ABŞ hərbi təyyarələri təhlükəsizdir və onların vəziyyəti təsdiqlənib.
Xatırladaq ki, İran dövlət televiziyası ölkənin cənubunda ABŞ-a məxsus F-16 qırıcı təyyarəsinin raket zərbəsi nəticəsində zədələndiyini və təcili eniş etdiyini iddia etmişdi. Lakin yayımlanan görüntülərdə təyyarənin zədələndiyini təsdiqləyən aydın kadrlar yer almayıb.