Pentaqon İranın ABŞ-ın F-16 qırıcısına hücum etməsi barədə xəbərləri təkzib edib

ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) İranın Fars körfəzi üzərində Amerika Hərbi Hava Qüvvələrinə məxsus F-16 qırıcısına hücum etməsi barədə məlumatları təkzib edib.

CENTCOM bu barədə “X” sosial şəbəkəsində açıqlama yayıb.

“İran ötən gün ABŞ-ın F-16 qırıcısına hücum etməyib. Yaxın Şərqdəki bütün Amerika qırıcıları təhlükəsiz vəziyyətdədir”, – deyə komandanlıq bildirib.