Məleykə Abbaszadə rektor köməkçisini işdən azad edib? - Rəsmi açıqlama

Bakı Dövlət Universitetinin (BDU) rektoru Məleykə Abbaszadə noyabrın 19-da universitetin kollektivinə təqdim edilib. O, rektor vəzifəsinin icrasına başlayandan sonra heç bir əməkdaşın işdən azad olunması və ya təyinatı ilə bağlı əmr imzalamayıb.

Bu barədə BDU-nun İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin məlumatında deyilir.

"BDU ilə bağlı məlumatları yayımlamamış universitetin İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi ilə dəqiqləşdirməyi və rəsmi xəbərlərə istinad etməyi xahiş edirik", - deyə məlumatda vurğulanır.