İtkin düşən 4 nəfər tapıldı

Noyabrın 20-də polis tərəfindən keçirilən tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 4 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.