Beynəlxalq Şahmat Federasiyasının (FIDE) yeni seçilmiş prezidenti Timur Turlov Venesuelanın Karakas şəhərində keçirilən 20 yaşa qədər kişilər və qadınlar arasında Dünya Şahmat Çempionatında Rusiya nümayəndə heyətinin və Rusiya bayrağının yanında poza verib.
Bu barədə Rusiya Şahmat Federasiyası (RCF) məlumat yayıb.
Fotoda şahmatın hazırkı rəhbərin Rusiya bayrağının fonunda gülümsədiyi, Rusiya nümayəndə heyətinin rəhbəri Aleksandr Şukanın isə yaxınlıqda dayandığı görünür.
Fide prezidentinin bu hərəkəti Ukraynada böyük narazılıqla qarşılanıb.