Rusiyanın əfsanəvi teatr aktyoru, Əməkdar artisti Vladimir Ustinov 84 yaşında uzun sürən xəstəlikdən sonra vəfat edib.
Bu barədə aktyorun 1974-cü ildən çalışdığı Ryazan Gənc Tamaşaçılar Teatrı məlumat yayıb.
Yaradıcılıq yoluna Permdə başlayan sənətkar 50 ildən artıq səhnə fəaliyyəti dövründə komediyadan faciəyə qədər geniş diapazonda 80-dən çox yaddaqalan obraz yaradıb.
Həmkarları teatr əfsanəsini təkcə böyük səhnə ustası kimi deyil, həm də hər zaman dəstək olmağa hazır olan həssas və həyatsevər insan kimi xatırlayırlar.