Hörmüz boğazında sutka ərzində ikinci tanker atəşə tutulub.
Bu barədə Böyük Britaniya Hərbi Dəniz Qüvvələri yanında Dəniz Ticarət Daşımalarının Əlaqələndirilməsi Mərkəzi (UKMTO) məlumat yayıb.
"UKMTO Omanın Əl-Həsəb şəhərindən 17 dəniz mili şərqdə baş vermiş insident barədə məlumat alıb. Hörmüz boğazından çıxışa doğru hərəkət edən tankerin maşın bölməsi naməlum mərmi ilə vurulub", - məlumatda deyilir.
Hazırda xəsarət alanlar barədə məlumat yoxdur.
Qeyd edək ki, daha əvvəl də Həsəbdən (Oman) 11 dəniz mili şimalda - Hörmüz boğazını tərk etməkdə olan bir tankerin arxa hissəsinə naməlum mərmi dəyib. Səlahiyyətli orqanlar araşdırma apardığı müddətdə gəmilərə ehtiyatla hərəkət etmək və istənilən şübhəli fəaliyyət barədə UKMTO-ya məlumat vermək tövsiyə olunub.