15 ölkə ilə qonşu olan İranı qurudan mühasirəyə və ya blokadaya almaq mümkün deyil.
İranın Daxili İşlər Nazirliyinin məlumatına görə, bunu Nazirliyinin sözçüsü Əli Zeynivənd bu gün Tehranda keçirilən mətbuat konfransında deyib.
"İranın ərazisi və su sərhədlərini nəzərə aldıqda indiyə qədər ölkə əleyhinə yaranan məhdudiyyətlər və ya blokada ciddi problemlərə yol açmayıb", - deyə o bildirib.
Zeynivənd əlavə edib ki, İranın 31 vilayətindən 16 vilayətinin qonşu ölkələrlə sərhədi var. Qonşu ölkələrlə müxtəlif formalarda, dəmiryolundan tutmuş sıravi şəkildə yük keçirməyə qədər iqtisadi əlaqələr mövcuddur.
Nazirlik rəsmisi bildirib ki, bir sıra ölkələrə, xüsusilə Pakistan və İraqla sərhəd-keçid məntəqələrinə gəldikdə, bu ölkələr İranla dost ölkədir və hər iki qonşu ölkə ilə ticarət dövriyyəsi mövcuddur. Çünki qonşu ölkələrin bir-birlərinin ticarətinə qarşılıqlı şəkildə ehtiyacı vardır.
"İrana qarşı dəniz blokadası, hava nəqliyyatında məhdudiyyət, davamında isə ölkənin qurudan mühasirəyə alınması iddiası irəli sürülsə də, indiyə qədər bu reallaşmayıb. Doğrudur İranın iqtisadiyyatına müəyyən ölçüdə mənfi təsirlər göstərib.
İndiyə qədər müvəqqəti şəkildə bəzi ölkələrlə sərhəd-keçid məntəqələrinin bağlanması İranın qonşu ölkələrlə ticarətində ciddi problem yaratmayıb", -deyə o qeyd edib.