Xaçmazda 15 yaşlı qızın meyiti tapıldı

Xaçmaz rayonunda 15 yaşlı məktəbli qızın meyiti aşkarlanıb.

Qızın meyiti yaxınları tərəfindən yaşadığı evdə tapılıb.

İlkin məlumata əsasən, onun qəfil ürək dayanması nəticəsində vəfat etdiyi bildirilir.

Faktla bağlı Xaçmaz Rayon Prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, mərhum Ləcət kənd tam orta məktəbinin 9-cu sinif şagirdi olub.